Müğənni Aysel Əlizadə sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, müğənni İnstaqramda bu sözləri yazıb:
"İnsanlar iki yerə ayrılırlar, başqası üçün yaşayanlar, başqaları sayəsində yaşayanlar. Problem olanlar, çarə olanlar...Ümid qıranlar, ümid verənlər. Şikayət edənlər, çarə tapanlar. Biri şikayət, problemlər yaradır, digəri çarələr tapar. Biri yük olar, o biri yük daşıyar. Ətrafımızda belə insanlar çoxdur. Neqativ insanlar bizim enerjimizi yeyib bitirir. Bu tip insanlardan uzaqlaşın. Deyin ki, yolun açıq və işıqlı olsun".