Rəqqasə Fatimə Fətəliyevanı məhkəməyə verməyə hazırlaşan şairə Nazilə Səfərli media nümayəndələrindən xahişi ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Nazilə Səfərli İnstaqramda hekayə bölümündə oğlunun toy mərasiminə hazırlaşdığını deyib:
"Əziz media nümayəndələri, bu vaxta qədər heç vaxt haqqımda paylaşım etməyinizi istəməmişəm. Heç bir halda da hansısa sayta qarşı kobudluq etməmişəm. İndi sizdən kiçik xahişim olacaq. Bir ay möhlət verin, çox böyük enerji, əmək sərf edilən oğul toyuna hazırlaşıram. Haqqımda heç bir xəbər paylaşmayacağınızı istəyirəm".