26 Mart 2022 00:57
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Zümrüd Bədəlova qalmaqal yaşayan Nazilə Səfərli və rəqqasə Fatimə Fətəliyevanı barışığa səsləyib.

Teleqraf.com xəbər verir ki, Zümrüd Bədəlova bu sözləri deyib:

"Fatimə Fətəliyeva ilə Nazilə Səfərlinin qırğını düşdü. Onların bir-birinə atışmalarını izləyirik. Artıq buna son qoymaq lazımdır. Nə qədər olar? Əvvəl televiziyalara danışırdılar. İndi isə bir-birinə çəkiliş vasitəsi ilə ismarış göndərirlər. Nə işiniz varsa, bayram günlərində bir-birinizə zəng edin, bayramını təbrik edin. İş Nazilə Səfərlidən başlayıb. Bu söz-söhbətlərə ehtiyac yoxdur. Bayram günləri bütün küsülülər barışsın".






Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər