30 Mart 2022 12:07
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur teleaparıcı Lalə Azərtaş bu gün doğum gününü qeyd edir.

Teleqraf.com xəbər verir ki, o, İnstaqramda ad günü təəssüratlarını bölüşüb:

“Bu həyat nərdivandır. Qalxanda mehribandır, enəndə nə yamandır... Düşünürəm ki, nərdivanı qalxıb bitirdim. Həyat yolumun tən yarısındayam. Yavaş-yavaş enməyə başlayacam, amma enəndə də mehribancasına. Çünki həyatdan bütün dərsləri almışam və anladım ki, xoşbəxt olmaq çətin deyil. Allahıma sonsuz şükürlər olsun.

Sevgi bağı çox güclü olan ailəm var. Dünyanın ən yaxşı valideynlərini və iki mələk balamı Allah bəxtimə yazıb. Üçbucağımda çox xoşbəxtəm. Evdən işə tələsənlərdənəm, çünki rəhbərim də dünyanın ən yaxşı rəhbəridir. Ən savab işlər üçün məni vasitəçi edib. Ən yaxşı kollektivdə mənim çalışdığım dostlardır. Evdən işə, işdən evə qaçanlar həmişə xoşbəxt olub.

Ən dəyərli, səmimi tamaşaçı da mənimdir. Studiyamın qonağı, tamaşaçısı, verlişimin sponsoru da ayrılmaz parçamdır. Hara getsəm sevgi hiss edirəm. Və ən əsası da Allahım məni sağlamlıqla imtahan etməyib. Mən 40-dan sonrasını da eyni xətlə yaşamağı düşünürəm. Sevdiklərim arasında itirdiklərim də var, onlara rəhmət. Özüm üç-beş nəfəri sildim, çünki uzatdığım əli dişləyiblər. Buna da xoş yanaşdım. Həyatın rəgarəngliyi bundadır”.


Müəllif: Rəqsanə Həsənova