30 Mart 2022 15:56
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Həmidova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Canana xanım, gözəllik salonu açdınız. Həyat yoldaşınızdan ayrıldıqdan sonra yenidən özünüzü toparlamaq çətin oldumu?

- Bəli, gözəllik salonu açmışam, gələcəkdə estetik mərkəz də açacam. Əlbəttə, yenidən özümü toparlamaq çox çətin idi. Sıfırdan başladım və ayaqda qaldım. Güclü insanam. Qadınlara arzu edirəm ki, hər zaman Allaha sığınsınlar. Adama yolu Allah açır… Bütün qadınların yanındayam. Uğurlarımla davam edirəm.

- Biznes-ledi olmağı düşünürsünüz?

- Bəli. Gözəllik salonunu qızıma görə açmışam. Ümumiyyətlə, övladlarımın gələcəyi üçün nəsə etməyə çalışıram. Gözəllik salonu qızımın olacaq.

- Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən övladlarınız sizə verildi. Uşaqlarınızı sizə təhvil veriblər?

- Uşaqlar hələ ki onlardadır. Məhkəmənin qərarını gözləyirik.

- Mətanət İsgəndlərliyə barışıq addımı atdınız. Buna səbəb nədir?

- Barışıq addımı da atdım, çağırış da etdim. Ancaq təəssüf ki, Mətanət xanımdan cavab ala bilmədim. Bu addımı uşaqlarıma görə atdım.

- Həyat yoldaşınız Kərim bəylə ayrıldıqdan sonra üz-üzə gəlmisinizmi?

- Xeyr, Mətanət xanımla qarşılaşmışıq. Verilişə dəvət etmişdilər, bildi ki, oradayam, məni uzaqlaşdırıb sonra proqrama gəlmişdi. Yaxın günlərdə Azad Azərbaycan Televiziyasında yayımlana "Bizimləsən" verilişinə dəvət etmişdilər, zəng edib dedi ki, o, verilişə çıxmasın.

- Kərim bəy ikinci dəfə evlənməsi haqqında yayılan xəbərləri təkzib etdi. Bu haqda nə deyə bilərsiniz?

- Kərimin ikinci dəfə evlənməsi doğrudur. Mən yalan məlumat vermərəm. O, ailə qurub və öz həyat yoldaşıyla yaşayır. Uşaqlarım da bunu bilirlər. Hələ ki həyat yoldaşı ilə kirayə evdə ayrı yaşayır. Yeni evin hazırlanmasını gözləyirlər. Allah xoşbəxt eləsin!

- Siz ev məsələnizi həll etdinizmi? Qohumunuzun mənzilində yaşayırdınız...

- Artıq o evdən çıxdım, ayrı mənzilə köçdüm. Böyük ev kirayə götürdüm ki, uşaqlarım gələndə rahat olsunlar. Hər şeyin uşaqalrım üçün yaxşı olması naminə çalışıram.

- Mətanət İsgəndərliyə nə demək istərdiniz?

- Mətanət xanıma demək istəyirəm ki, mehriban olaq! Çünki uşaqlar bizim mehribançılğımızı görəndə daha rahat yaşayacaqlar.

- Necə düşünürsünüz, uşaqları geri almaq üçün addım ata bilərlər?

- Ali Məhkəməyə müraciət edə bilərlər. Uşaqlar onların yanında qaldığına görə özlərinə tərəf çəkirlər. Ümid edirəm ki, onlar istəyən olmayacaq.

- Böyük oğlunuz Tuncayın sizə münasibəti dəyişdimi?

- Böyük oğlum yaşadığı şəraitdən çox məmnundur. Çünki mən onu hər zaman irəli aparırdım.Tuncay sinif yoldaşlarına deyib ki, anam məni irəli aparmaq istəyirdi, bezirdim, amma nənəmin yanında çox rahatam. İstədiyim vaxt dərsə gedirəm, istədiyim vaxt getmirəm. Ona görə bu həyatı seçirəm və atamın yanında qalmaq istəyirəm.

- Kərim bəylə əlaqə saxlayırsınızmı?

- Onunla əlaqə saxlamağa çalışıram, orada olan hansısa əşyamı götürmək üçün. Amma məndən qaçır, telefonu üzümə söndürür.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər