Tanınmış türkiyəli aktrisa Tuba Büyüküstün sosial şəbəkədə mükafatlandırma gecəsindən olan fotolarını paylaşıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa bu il 42-ci dəfə keçirilən və ABŞ xaricində yayımlanan televiziya layihələrinə verilən "Emmy" beynəlxalq mükafatlandırma mərasımındən əliboş qayıdıb. Həyat yoldaşı, aktyor Onur Saylakla birlikdə Nyu-Yorkda olan Tuba “Ən yaxşı qadın aktrisa” nominasiyası üzrə yarışıb. Aktrisanın rəqibləri Olivie Kolman, Romina Qaetani, Bianka Krijgsman kimi məşhurlar olub. Adıçəkilən nominasiya üzrə qalib isə hollandiyalı Bianka Krijdsman seçilib.
Qeyd edək ki, Tuba Büyüküstünün “Emmy”yə namizədliyi “20 dəqiqə” filmi ilə irəli sürülmüşdü.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm