5 Aprel 2022 13:06
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Səidə Sultanla əməkdar artist Nigar Şabanova arasında qalmaqal yaşanıb.

Teleqraf.com xəbər verir ki, Səidə Sultan İnstaqramda video paylaşaraq sözlərinin Nigar Şabanovaya aid olmadığını deyib:

“Verilişində sual verdilər ki, dəflə oxuyan xanəndələrin estrada janrında oxuması uyğun gəlmir. Mən də cavab verdim ki, dəf dini bir alətdir ki?.. Dedilər, Nigar Şabanovanı ona görə qınayırlar. Mən də Nigarın xərtini çox istəyirəm, bir-birimizə hörmətimiz var. Dedim ki, onun mənə dəxli var?! Bakı balaca şəhərdir və hamının da hamıdan gözəl xəbəri var.

Dəflə oxuyan xanımlar məndən yaxşı yaşayırlar, məndə də bahalı maşınlar sürürlər. Dəflə abırlı, dəfsiz oxumaq abırsız sayılır?! Mən mövzunu Nigarın üzərində üzərində demədim. Əksinə bildirdim ki, Nigar tək oxusa daha yaxşı olar, ona yaraşır.

Məni maqazin verlişlərinə çağırmayın. Əgər mənim müsahibəmi olduğu kimi çatdıra bilmirsinizsə, dəvət etməyin. Mən açıq sözlüyəm. Nigarı tərfiləmişəm, tərif hissəsini verilişdə kəsiblər. Sözləri Nigara ünvanlamamışam, ünvanlamnaram da. Çünki Nigarı tanıyıram. Mən səhnədə muğam oxuyan qızları nəzərdə tuturam. Uzun geyinirlər, əllərində dəf , səndən-məndən yaxşı yaşayırlar.

Mən də onlara dedim ki, abırdan danışırsınızsa, hərə öz yaşayışına baxsın. Bunun Nigara heç bir aiddiyyəti yoxdur. Mən onu tanıyıram".

Nigar Şabanova isə Səidə Sultana "Çox sağ ol, bacı",-deyə reaksiya göstərib.


Müəllif: Rəqsanə Həsənova