6 Aprel 2022 11:48
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin baş rejissoru vəzifəsindən ayrılan Ziya Ağa yayılan xəbərlərə reaksiya göstərib.

Teleqraf.com xəbər verir ki, Ziya Ağa sosial şəbəkədə bu sözləri yazıb:

“Bu ölkədə insan vəzifədən getməyə qorxur. Həmin an düşüncələrdə yalnız neqativ məqamların toxumları cücərir. “Azərbaycan Dövlət Televiziyası və Radio verilişləri" QSC-nin baş rejissoru vəzifəsindən ayrılmağımla bağlı bəzi qeyri-peşəkar xəbər portalları yanlış başlıqla yazılar yazır, oxucuları süni formada cəlb edərək xəbəri oxutmaq istəyirlər. Halbuki xəbərin içərisi tamam başqadır.

Əvvəla, dəqiq faktı təqdim edim sizə. AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyevadan müsahibə alıblar. O bildirib ki, "Ziya Ağa iki ay əvvəl işdən azad edilməsilə bağlı ərizə yazıb. Onun yerinə hələlik təyinat yoxdur". Mənim üçün isə hələ də doğma olan cəmiyyətdə çox maraqlı və yararlı təcrübəm oldu.

Rövşən Məmmmədovla iş birliyimiz, yoldaşlığımız olduğuna görə peşman deyiləm. Əməkdaşlarla hələ də davam edən münasibətlərimiz yarandı. Qısası üç illik fərqli və əyləncəli təcrübə topladım. Sadəcə getmək vaxtı idi. Vəssəlam...

Kimsə işdən mütləq problemlər yaşayıb çıxmalıdı?! Hamı eyni deyil axı. Başa düşürəm, anlayıram... Çoxunuz nəyin bahasına olur-olsun vəzifədən uzaqlaşmayan, onun eşqi ilə durmadan özünüzü, ətrafınızı çirkləndirən insanlarsınız. Unutmayın, vəzifə xidməti bir məqamdır. Həmin məqamda məsuliyyətli olduğun hər kəsə və hər şeyə xidmət etmək üçün o kresloda oturmalısınız, sizə xidmət etmələri üçün yox..."


Müəllif: Rəqsanə Həsənova