6 Aprel 2022 13:36
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elnarə Xəlilova MTV Azərbaycan kanalında yayımlanan "Üzə-düz" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Elnarə Xəlilova bu sözləri deyib: "Mənim sənətimdə heç bir zaman sükut yaranmayıb. Öz həmkarlarımdan, yaşıdlarımdan fərqli olaraq ali təhsilli xanəndəyəm. Milli Konservatoriyanın tələbəsi olmuşam, iki universitet bitirmişəm. Buna ömür, vaxt gedir, 4 uşaq anasıyam. O qədər nüans sadalayaram ki...

Elnarə yalnız pop musiqi ifa eləmir. Əslində, problem bundadır. Sizə elə gəlir ki, mən sükut içindəyəm, xeyr! Mən öyrənirəm. İstəmirəm tamaşaçımda belə bir fikir yaransın ki, mən bu dünyaya övlad gətirmək, ana olmaq üçün gəlmişəm. Xeyr. Ana olmağımla fəxr edirəm. Bəli, ilk missiyam qadın olmaq, övlad dünyaya gətirmək idi. Amma sənətimdə heç bir fasilə yoxdur!"

Elnarə Xəlilova televiziyaları tənqid edib: "Tamaşaçıların zövqünün korlanmasında birbaşa məsuliyyət televiziyalarındır. Bütün günü radio fm-ləri dinləyirəm. Gəlin, monitorinq edək. Görün radiolarda bir dənə bayağı musiqi eşidə bilərsiniz?! Xeyr, bu mümkün deyil! Radiolar öz simalarını qoruyub saxladılar.

Amma təəssüf ki, televiziyalarda bunu deyə bilməyəcəm. Bəlkə, pul, reytinq xətrinə bunu edirlər? Bilmirəm. Hər yoldan, küçədən keçəni pul alıb, efirə çıxardırlar. Bayağı musiqi bir yana, biz istəyirik ki, verilişə baxanda mədəniyyət öyrənək! Verilişlər baxılası deyil. Nə aparıcı, nə qonaq danışığını bilir. Qonaq, aparıcı özünü apara bilmir. Aparıcı sütun olmalıdır, o ağzını Allah yoluna qoyub, efirdə kartof, soğan mövzuları danışdısa, qonaq da onun kimi edir. 10 ildir televiziyaya baxmıram, heç özümə də baxmıram!"


Müəllif: Rəqsanə Həsənova