7 May 2014 14:53
1 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nadir Qafarzadə qalmaqallı mahnısı “Maral”ı yeni variantda oxuyub.

Müğənni Teleqraf.com–a açıqlamasında bildirib ki, yeni mahnı Türkiyədə hazırlanıb:

“Mahının yeni variantını hazırlamaq mənə asanlıqla başa gəlmədi. Çünki aranjiman zamanı xeyli sayda canlı alətdən istifadə etdik. Sözün düzü, mənə “Maral” mahnısının müxtəlif üslublarda təqdim etmişdilər, amma bəyənməmişdim. Ən sonuncu hazırlanan variantı eşidən kimi bəyəndim. Bu mahnı mənə uğur gətirib”.

N.Qafarzadə “Maral” mahnısına görə ona irad tutanlara da cavab verib:

“Bu günə qədər Azərbaycanın klassik estrada, xalq mahnılarını və digər korifey sənətkarların bəstələrini oxumuşam. Amma heç bir mahnım “Maral” qədər müzakirə mövzusu olmamışdı. Hətta bəzi həmkarlarım var ki, efirdən ““Maral” mahnısını bəyənmirəm”, deyirlər. Amma toylara gedirsən, görürsən ki, həmin müğənni “Maralı” oxuyur. İfa etdiyim mahnının bu qədər müzakirə olunması məni bir ifaçı kimi sevindirir”.

Aytən Həsənova


Müəllif: