7 Aprel 2022 16:08
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova paylaşımı haqda səhv anlaşılan fikri haqda açıqlama verib.

Teleraf.com xəbər verir ki, Brilliant Dadaşova həmin sözlərin “Location" klubda baş verən partlayışda xəsarət alan Fərqanə Eynullayevaya deyil, Vladimir Jirinovskiyə aid olduğunu deyib.

Xalq artisti bu sözləri bildirib: “Əziz dostlar, ölkəmizi sevməyənlər ölkəmizdə də fəaliyyətdədirlər. Çünki dünən ölən adam da ölkəmizi şərləmək üçün başdan-ayağa “feyk”dən istifadə edirdi. Ömür boyu ölkəmi təhqir edən bir ictimai xadim dünən ölüb. Dünən ürək sözlərimi ona həsr etmişəm. Açıq-aşkar o insanı şeytanın qardaşı oğlu adlandırdığlm halda sözlərimi özünəməxsus təhrif edib, qadın vətəndaşımıza aid etməmişəm”.


Müəllif: Rəqsanə Həsənova