9 Aprel 2022 22:18
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Tarix (Tolik) Əliyev Xalq sığortadan şikayət edib.

Teleqraf.com xəbər verir ki, Tolik İnstaqramda video paylaşaraq avtomobilini vuran şəxsin icbari sığortaya zəng etdiyini, şirkətin nümayəndəsinin hadisə yerinə gec gəldiyini deyib:

"Bu gün avtomobilimi vurdular. Qardaş icbari sığortaya zəng etdi. Zəng edəndən yarım saat sonra yenə zəng edib, bizdən ikinci dəfə ünvanı soruşurlar. Deməli, iki saat gözləməliyik ki, icbari sığortanın nümayəndəsi gələcək. Yarım da sənədləşmə işi aparacaq ki, mənə 500 manat pul versin. Niyə insanları bu qədər incidirsiniz?! Mənim pulum var, avtomobilimi özüm təmir elətdirəcəm. Bəs, kasıb insanlar sizi qışda, soyuqda niyə gözləməlidirlər!?
Sizə pulumu halal etmirəm. İnsanlara qarşı haqqsızlıq edirsiniz. Amma maşınımı vurana hallalıq verirəm".


Müəllif: Rəqsanə Həsənova