9 Aprel 2022 19:55
1 905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Afət Fərmanqızının həyat yoldaşı Mamed Nanacanov ilə fotosunu paylaşması şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

Teleqraf.com xəbər verir ki, İnstaqram hesabında həyat yoldaşı ilə fotosunu paylaşan ifaçı tənqid edilib.

Şəbəkə izləyicilərindən biri Afət Fərmanqızının ünvanına bu sözləri yazıb: "Görəsən, Təranə Qumral ilə Afət Fərmanqızı nəyi sübut etməyə çalışırlar?! Kənardan pis görünürlər. Ərim var, yanımdadır, sevir....Axı, bu kimə lazımdır?!"

İfaçının şəbəkə istifadəçisinə cavabı gecikməyib. O, "Evdə qalan qızların və sevilməyən qadınların tez-tez yazdığı şərh...", - deyib.


Müəllif: Rəqsanə Həsənova