12 Aprel 2022 10:08
1 989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nigar Qaragözova (Şabanova) həyat yoldaşı, XTQ giziri Xəyyam Qaragözovdan ayrılması haqqında yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbr verir ki, əməkdar artist MTV Azərbaycan kanalında boşanmasını şayiə adlandırıb:

“Arzuları ürəklərində qalar... Allah heç bir xanıma və ailəyə ayrılmağı nəsib etməsin. Problem hər ailədə olur. Problemsiz ailə yoxdur. Yeni ailə qurursan, bir-birinə alışana, psixologiyasını bilənə qədər, tərbiyəsini qəbul edənəcən vaxt lazımdır. İstər-istəməz sərbəst xanım olmuşam. Öz qərarlarımı anamla birlikdə vermişəm. Allah heç kimə göstərməsin. Söz- söhbətə görə də xanımların ailəsi dağılsın”.


Müəllif: Rəqsanə Həsənova