18 Aprel 2022 14:32
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Turan İbrahimov bloger Hüseyn Həsənovun Bakıda pərəstişkarları ilə baş tutan görüşünü tənqid edib.

Teleqraf.com xəbər verir ki, Turan İbrahimov sosial şəbəkədə Hüseyn Həsənovun populyarlığının qısa olacağını deyib.

“Park Bulvarda baş verənlərdə qeyri-adi heç nə yoxdur. Yeniyetmə emosianal təcrübəsizliyinə populyar mədəniyyətin təsirinin təzahürüdür. O uşaqların emosiyaları sabun köpüyü kimi bir şeydir. Üç-beş ilə keçib gedəcək. Vaxtı ilə “Beatles”, Elvis Presli, Andrey Qubin, Burak Kut, Əmrah, Hüseyn Dərya, Elşad Xose, Namiq Qaraçuxurlu və başqaları o emosiaları yaradırdısa, indilərdə dövran vayner-blogerlərindir. Onların manipulyativ hərəkətləri hələ ki, yeniyetmələrə impuls verir. Çox da narahat olmayın, böyüyəcəklər, keçəcək. O uşaqların içindən dahilər də çıxacaq, böyük-böyük adamlar da”.


Müəllif: Rəqsanə Həsənova