19 Aprel 2022 09:37
1 674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur reper Elşad Xose Teleqraf.com-un qısa suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Elşad bəy, bloger Hüseyn Həsənovun pərəstişkarları ilə Bakıdakı görüşündə izdiham yaşandı. İzdiham iştirakçıları sosial şəbəkələrdə tənqid edildi. Bu haqda nə deyə bilərsiniz?

- Bloger Hüseyn Həsənov millətimizəndir, Rusiyada tanınmış insandır. Böyük bir kütləsi, auditoriyası var. İşgüzardır, halal xoşu olsun. Onun uğurlu addımlarına sevinirəm. Yerlimizdi, uğurlu addımlarını alqışlayıram.

Onu başa düşərəm, burada yaşamır, tez-tez bakıya gəlmir. Qeyd etdiyiniz kimi gəlişilə böyük bir izdiham yaşandı, amma özünüz də bilirsiniz ki, tənqidi şərhlərlə sosial media doludur. Basabasın olması yaxşı qarşılanmadı. Bu bizim milləti bir az pis göstərir. Acgöz, sərsəri, ancaq oğlanlar... Aralarında bir xanım da yox idi. Hamısı qara rəngli geyinib, qarışqa kimi...Allah göstərməsin.

Orada bir telefon verəcəklər, ayıbdır. Belə olmaz. Yaxşı ki, camaatın üzərinə pul səpməyib. Yoxsa oradan yüz faiz meyit çıxacaqdı. 1953-cü ildə İosif Stalinin dəfni zamanı basabasda 600 nəfərə yaxın adam ölmüşdü. Bu çox təhlükəli haldır.

- Siz də, Hüseyn Dərya da illər əvvəl belə izdihamla qarşılaşırdınız.

- Bəli, biz də vaxtilə belə izdiham görmüşük. Onda da auditoriyada kütlə yığmaq asan deyildi. Sosial şəbəkələr yox idi, mobil telefonların funksiyaları az idi. Mütəmadi olaraq bu izdihamları görmüşəm. Düzdür, izdiham bu dərəcədə deyildi. Amma o vaxt da özünə görə izdiham yığmaq olurdu. Amma biri var, sənə görə gələlər, biri də var telefon və hədiyyə dalınca... İnşallah bu yaxınlarda çalışacağıq ki, yenə belə bir izdiham olsun.

- Aparıcı Turan İbrahimov qeyd edib ki, belə bir izdiham reperler Hüseyn Dərya, Elşad Xose və meyxanaçı Namiq Qaraçuxurlu ilə pərəstişkarları arasında da yaşanıb. Amma bu üç-beş il davam edib. Bu haqda nə deyə bilərsiniz?

- Turan İbrahimov hansı mənada dediyini bilmirəm. O da tanınmış simadır. Bəlkə də ona olan maraq və ya tanıdığı kiməsə sevgi üç-beş ilə bitib. Amma sizə səmimi deyirəm ki, hazırda proqram və mərasimlərdə oxuduğum mahnılar 2002-2003-cü illərdə yazılıb və hər kəs onları əzbər bilir.


Müəllif: Teleqraf.com