19 Aprel 2022 12:34
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli iş adamı Ceyhun İzer ilə ailəli olan müğənni İradə İbrahimova evlilik öldönümünü qeyd edib.

Teleqraf.com xəbər verir ki, İradə İbrahimova bu haqda İnstaqramda yazıb:

“2001-ci il, 21 yaşımız var. Bir-birimizə ilk salamı verdiyimiz tarix… 2003-cü il bu günlərin toxumunu səpildiyi il. 2009-cu il münasibətimizin adını qoyduğumuz il… Həqiqətən biz bir-birimizi çox gözəl, məsafəli, səviyyəli, hörmətli sevdik. Sevgi hekayəmizdən hələ də böyük bir ləzzətlə, təəccüblə bəhs edirik. “Bu iş olmaz” deyənlər çox oldu, iki könlü bir araya gətirən, ol deməsə olmayan tək sevgilim öncə uca Allahdır. Mənim üçün bu həyatda hər şey odur.

Həyatınızda sevdiyiniz nə varsa bilin ki, yan-yana gətirən var. O istəyərsə olur, yoxsa yarpaq belə qımıldamaz. Mənim sevgim ömürlükdür. Allah nə istərsə, o olur. Bilin istədim! 19.04.2009…”.

Qeyd edək ki, Cütlüyünün Əli adlı oğlu, İpək adlı qızı var.


Müəllif: Rəqsanə Həsənova