22 Aprel 2022 11:11
1 737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər televiziyasında dünyaca məhur “Squid game” filminin əsasında hazırlanan “Sükut oyunu" şousu başlayır.

Teleqraf.com xəbər verir ki, bu haqda Xəzər televiziyasının rəhbəri Murad Dadaşov şəxsi İnstaqram hesabında məlumat verib:

“Tezliklə Xəzər televiziyasında böyük marağa səbəb olacaq “Sükut oyunu" şousu ekranlara gələcək! Azərbaycanda ilk dəfə Xəzər televiziyasında nümayiş olunacaq şou “Squid game” filminin motivləri əsasında hazırlanıb. Şounun iştirakçıları arasında maraqlı və qeyri-adi sınaqlarda əsl savaş yaşanacaq. Oyunun qalibini isə yüksək məbləğdə pul mükafatı gözləyir. Şounun ilk iştirakçıları və mükafatın məbləği, ümumən bütün detallardan yaxın müddətdə məlumatlı olacaqsınız. Şou "Portal Games"in dəstəyi ilə ərsəyə gəlib”.


Müəllif: Rəqsanə Həsənova