26 Aprel 2022 14:23
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev Göyçayda şair Əli Kərim adına şəhər parkında büstünün qoyulmasına münasibət bildirib.

Anar Rzayev Teleqraf.com-a açıqlamasında büstünün ondan xəbərsiz qoyulduğunu deyib:

“Əli Kərim adına şəhər parkında büstümün ucaldılmasından məlumatlıyam. Park Göyçayda yerləşir. Sadəcə bilirəm ki, büstümü qoyublar. Büstün şəkilini çəkib mənə göndəriblər. Ondan sonra Göyçaya getməmişəm. Büstün müəllifinin kim olduğunu bilmirəm və onun qoyulmasından belə qabaqcadan xəbərim olmayıb. Həmin məkanı tanımıram. Orada 30-a qədər yazıçının büstü var”.


Müəllif: Rəqsanə Həsənova