Tanınmış müğənni-bəstəkar Emin Rusiya mətbuatına müsahibə verib.
Teleqraf.com rusiya KİV-nə istinadən xəbər verir ki, ifaçı açıqlamasında şəxsi həyatı ilə bağlı maraqlı məqamlara toxunub.
O deyib ki, hər həftə övladlarını görmək üçün Bakıya gəlir:
"Əvvəl oğlanlarım həyat yoldaşımla birlikdə Londonda yaşayırdılar. Bu il isə onlar məktəbə başladıqlarına görə doğma vətənim Azərbaycana qayıtmalı oldular. Bizim iki evimiz var. Onlar bir-birinin eynisidir. Leylanın (həyat yoldaşı Leyla Əliyeva – red.) əkizlərə hamilə olduğunu öyrəndiyim andan etibarən atamla birlikdə bu ideyanı hazırladıq. Oğlanlarım böyüdükdən sonra evlərdən biri Mikayılın, digəri isə Əlinin olacaq. Ev çox işıqlıdır. Biz bu məqamı xüsusi düşünmüşük. Bütün otaqlardan dəniz görünməlidir. Hətta otaqların bəzilərində divarı şüşədən hazırlamışıq. Evin layihəsi üzərində yapon arxitektoru çalışıb. Mənim sevimli "uşaq otağı"m burada yerləşir. Bakıya gedəndə bütün boş vaxtımı həmin otaqda keçirirəm. Cizgi filmlərinə baxıram, uşaqlarımla oynayıram”.
“Siz ideal atasınız” sualına Emin belə cavab verib:
“Mən əminəm ki, uşaqlar Allahın əsl hədiyyəsidir. Hələ gənc yaşlarımdan uşaq arzulayırdım. Əkizlərimin olacağını eşidəndə sevincimdən qışqırdım, atlanıb-düşdüm. Həkim mənə güldü: “sakitləş”. Onlar doğulanda isə yanlarından ayrılmırdım, əllərini buraxmırdım. İndi yanlarında olmayanda zəng vurub, sorğu-sual edirəm: “Bu gün nə edəcəyik?”. Onlar mənə əmr verməyə başlayırlar: “Əvvəlcə leqonu quraq, sonra futbol”. Hərdən sərt qərarlarım da olur".
Uşaqlığından danışan ifaçı İçərişəhərdə böyüdüyünü vurğulayıb:
“Zamanla hər şey dəyişdi və biz Moskvaya köçdük. Bir dəfə Robert De Niro ilə birgə filmə baxırdıq. Atam dedi ki, 25 il əvvəl kimsə mənə desəydi ki, De Niro ilə oturub film izləyəcəksən, ona bu cavabı verərdim: “Siz dəli olmusunuz”. Hər şey zamanla dəyişir”.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm