29 Aprel 2022 13:55
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Zülfiyyə Xanbabayeva AzTV-də yayımlanan “Görüş yeri” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Zülfiyyə Xanbabayeva ailəsinin müğənni olmasına icazə vermədiyini etiraf edib:

“Məni valideynlərim səhnəyə qoymurdular. Qəti sürətdə müğənni olmağımı istəmirdilər. Mən oxumaq istəyirəm, rejissor olmaq istəmirəm. Televizorda çıxıb oxumuşdum, ondan sonra evimizdə böyük qırğın olmuşdu. Niyyətin hara mənzilin ora! Mən valideynlərimə söz verdim ki, siz mənimlə fəxr edəcəksiniz, başınızı aşağı salmayacam. Bu gözəl sənəti gözəl təbliğ edəcəm. Ailəmi çox göstərmirəm, mən müğənniyəm, Zülfiyyə Xanbabayevayam, bunu etmə və s. Evimdə nə istəyirəm, onu da edirəm. Orada azadam. Deyim ki, planlar qurum, yox. Mən bu günümü yaşayan insanam. Bu dəqiqə, bu saniyə var”.


Müəllif: Rəqsanə Həsənova