26 Noyabr 2014 19:34
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

O gün olmur ki, cinsi həyatla bağlı yeni bir araşdırma aparılmasın. Amma bu dəfəki araşdırmanın nəticələri həm qadınlar, həm də kişilər üçün sürpriz olub. Belə ki, “Evolutionary Psychology” adlı jurnalda yayımlanan araşdırmanın nəticələrinə görə, zəngin, zarafatcıl və özünə güvənən kişilər qadınlara orqazm hissini yaşatmaqda daha bacarıqlıdırlar.

Tədqiqatçılar bildirirlər ki, araşdırma kişilərin gəlirinin, yumor anlayışının və yaş faktorunun qadınların orqazm olmasına təsir etdiyini sübuta yetirib. Yəni bir kişi nə qədər zəngindirsə, qadınlara o qədər həzz verə bilər. Qadınları güldürə bilən kişilər də yataqda partnyorlarını məmnun edirlər.

Həmçinin enlikürək kişilərlə birlikdə olan xanımların orqazm zamanı daha çox həzz aldıqları məlum olub.

Araşdırma qadınların ilk dəfə hansı yaşda sekslə məşğul olmasının gələcəkdə cinsi əlaqə zamanı alınan həzzə təsir etdiyini ortaya çıxarıb. Tədqiqatçılar bildirirlər ki, ilk dəfə 17 yaşında sekslə məşğul olan bir insan 22 yaşında bunu edən şəxsə nisbətən cinsəl həyatından daha çox məmnun olacaq.

Qeyd edək ki, tanınmış professorlardan Dr. Qordon Qallup bu araşdırmaya münasibət bildirib. O, araşdırmanın sadəcə 54 qadının iştirakı ilə aparıldığını vurğulayaraq nəticələrin o qədər də etibarlı olmadığını bildirib.

Dr. Qordon gələcəkdə bu araşdırmanın daha geniş şəkildə aparılacağını qeyd edib. O, qadının seks zamanı aldığı həzzlə gələcək körpəsinin sağlamlığı və fiziki görünüşü arasında əlaqə olmasından şübhələndiklərini bildirib.


Müəllif:

Oxşar xəbərlər