Şairə Nazilə Səfərlinin oğlu Nurlanın nikah mərasimi baş tutub.
Teleqraf.com xəbər verir ki, Nazilə Səfərli İnstaqramda oğlunun nikah mərasimindən foto paylaşaraq "Nikahda kəramət var. Nurlan və Nuranə xoşbəxt olun. 01.05.2022 tarixi sizin üçün əlamətdar oldu. Kəbin və nikah mərasiminiz eyni gündə...Yeni yuvanıza Allah bərəkət versin. Sağ əliniz subayların başına...Oğlumun nağıllar aləmi kimi nikah mərasimindən...Bu gün rəsmi qaynana oldum", - deyə qeyd edib.
Qeyd edək ki, Nazilə Səfərli gəlinin məmur olduğunu açıqlayıb. Cütlüyün toy mərasimi mayın 9-da baş tutacaq.