2 May 2022 15:57
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktrisa Pərvin Abıyeva "MTV Maqazin" verilişində şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Pərvin Abıyeva ailə qura bilməməsinin səbəbini açıqlayıb:

"Mənim üçün ciddi heç nə yoxdur, ərə getmək, evlilik... Ünsiyyətdə olduğum insan var, amma adını qoyduğum münasibət yoxdur, ərə gedirəm və s. Evlilik məsələlərindən artıq yorulmuşam. Bəlkə də Allahın qisməti ilə olacaq. Şou-biznesdə olmasayadım neçə dəfə ərə gedib boşanardım. Amma hər zaman deyirəm ki, şou-biznesdə olan xanımların ailə qurmamasının səbəbi onların seçdiyi peşədir, işidir. Qismət, tale, şans var, amma ən böyük başlıca səbəb budur. Mənə neçə dəfə evlilik təklif edilib. Oğlan istəyir, razlılıq verilir, hər şey hazır olur. Ailələrə çatanda etiraz edirlər. Mən ailələri qınamıram. Bəlkə də onların yerində olsaydım mən də elə edərdim".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər