2 May 2022 20:26
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Fatimə Fətəliyeva "MTV Maqazin" verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, rəqqasə bir çox məşhurların doğum günündə ondan incidiklərini açıqlayıb: "Elgiz Əkbər və Şəfiqə Nağıyeva inciyib getmişdilər. Çünki onlara vaxt ayıra bilmədim, həm də yerlərindən narazı olublar. Məsələn, mən inciməzdim.

Ayan Babakişiyeva da ad günümə gəldi. Çox sağ olsun. Eşitdiyimə görə nədənsə inciyib. Bəlkə başqa nəyəsə əsəbləşib. Çünki orada inciməli heç nə yox idi".

Rəqqasə əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canananın özəl günündən çıxarılmasına da münasibət bildirib: "Mən səni Mətanət xanıma görə tanımışam. Onun böyüyü ailəmə ən yaxın insandır. O dəvət edilib. Mətanət xanım ad günümə gəlir, öpüb qucaqlayır, bir də görür ki, filankəs də buradadır. Niyə səni çağırmışam?! Bu aləmdə nə gəzirsən?! Onun saçından tutmadım, demədim ki, qovun. Barışmaq istəyirsən qaynananın evinə get barış. Heç kim onu övladlarından ayırmır. Mən şahidəm ki, Mətanət xanımın atası rəhmətə gedəndə evinə getmişdim. Həmin gecə gəlib uşaqlarını götürüb gəzməyə getdi. Mən Mətanətə bacı deyirəm. Mənə söyürdülər ki, "sənə ayıb olsun", "qadını niyə qovdun?", "səni Allaha tapşırıram". Mən kiminsə qarğışı ilə yaşamıram".

Rəqqasə Aygün Kazımovanın onun ad gününə pul və qızıl zinət qarşılığında gəlməsi haqda yayılan xəvərlərə də münasibət bildirib: "Ad günümdə 49 dəqiqə səhnədə oldu. O qiymətsiz bir xanımdı. Bu bizim aramızda bir sirr olaraq qalacaq".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər