"Avroviziya-2022" təmsilçimiz Nadir Rüstəmli Turin şəhərində ilk məşqini edib.
Teleqraf.com xəbər verir ki, sənətçinin yarışmadakı performansı stadion tribunalarının pilləkanları kimi qurulan platformada, ona yoldaşlıq edən bir rəqqasla baş tutacaq. Fərqli kamera rakurslarının rəng qatacağı xareoqrafiya əsasən, cütlüyün addımları onları ayrı tərəflərə böləcək və beləliklə bir-birini izləyə biləcəklər. Bildirilir ki, işıqlandırma da mahnının təsir gücünü artıracaq.
Qeyd edək ki, Azərbaycan mayın 12-də müsabiqənin ikinci yarımfinal mərhələsində çıxış edəcək. Birinci final mərhələsi mayın 10-da baş tutacaq. “Avroviziya-2022”nin final mərhələsi isə mayın 14-də Turin şəhərində keçiriləcək.