Xəbər verdiyimiz kimi mayın 27-də türkiyəli məşhur ifaçı Gülşən Bakıda konsert verəcək.
Teleqraf.com xəbər verir ki, sənətçinin səhnə geyimi Bakıda hazırlanacaq.
Müğənninin razılığı ilə onun libasını aktrisa Nərgiz Əliyevanın sahibi olduğu moda evi ərsəyə gətirəcək. Uzun zamandır səhnə geyimləri ilə gündəmə gələn və müzakirə edilən Gülşenin Bakı konsertində nə geyinəcəyi isə indidən marağa səbəb olub.
Qeyd edək ki, müğəninin konserti Bakı Konqres Mərkəzində baş tutacaq. Gecəyə biletlər 35 manatdan başlayır.