13 May 2022 08:11
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi İrem Derici paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, İrem Derici İnstaqramda hekayə bölümündə mərhum xalq artisti İlhamə Quliyevanın videosunu paylaşıb.

Görüntüdə İlhamə Quliyevanın "Gözəllik deyirsən, gözəl dəri deyirsən məndə, ad-san, status deyirsən məndə, tərbiyəli ailə deyirsən məndə...", - fikirləri qeyd edilib.

İfaçı bununla bir neçə gün öncə xəyanətə görə ayrıldığı sevgilisi Cem Beleviyə ismarış göndərdiyi iddia edilib.

Qeyd edək ki, İrem Derici sevgilisi Cem Belevinin azərbaycanlı model Nərgiz Nəsrullayeva ilə eşq yaşayaraq ona xəyanət etdiyini öyrənib. İrem bundan sonra Cemdən ayrılıb.










Müəllif: Rəqsanə Həsənova