13 May 2022 12:03
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Faiq Ağayev "O kimdir?" verilişində şou-biznes nümayəndələri arasında səmimi dostluq münasibətinin olmadığını bildiri.

"Rəqabət olan yerdə sırf təmiz dostluq münasibəti olmur. Televiziya işçilərinin də əksər dostları həmkarları deyil. Amma sənətdə yaxın olan insanlar var, Aygün Kazımova... Onunla 17-18 il əvvəl sözümüz çəp gəlmişdi. Aygünün elə bir xasiyyəti var ki, dalaşanda yaza və yaxud zəng edə bilər ki, "Mən Faiq deyiləm, sənin qədər ağıllı hərəkət edə bilmirəm". Həmin dəqiqə bağışlayıram, çünki onu çox istəyirəm".

Xalq artisti şəxsi həyatından da danışıb: "Hazırda sevmirəm. Sevən Faiqi min sür, sevməyən Faiq daha açıqgözlü və ayıqdır. Məhəbbətdə qulağı bağlı, gözü yumuluyam".

O, mahnısında qeyd etdiyi kimi "Əldə bir qədəh şərab kimi əvəz eləmir?" sualına isə "İnanmıram insan içkinin acısını əvəz elədiyini fikirləşsin. İçdiyi məcazi mənada ya onu kefli edir, ya da kefli İsgəndər kimi gülə-gülə bu həyata eyham vuracaq. Ya da ki, adamı söndürəcək", - deyə cavab verib.

Xalq artisti aldadıldığını da etiraf edib: "Təbii ki, məni də aldadıblar. Bir sətir gətirəcəm "Sənə aldandımsa, məni avam bilmə...". Avam deyiləm, könüllü aldanıram. Amma bunun bir sonu olur".

Faiq Ağayev "Kimi heç vaxt bağışlamaz?" sualına isə belə cavab verib: "Həyatımda bir dəfə sevgi naminə "Allahı sevirsənsə, ayrılma məndən" dedim. Anladım ki, çox böyük səhvə yol verdim. Adam nə qədər ağrıya dözər. Hansısa bir səbəb olmalıdır ki, ağrıya dözəsən. Müəyyən yerə qədərdir. Başa düşürsən ki, heç bir məna kəsb etmir, dərd çəkməyə dəyməz. Soyuqqanlı olmaq lazımdır, qədrimizi bilmədilərsə, özümüzü öldürəcək deyilik. Həyat davam edir. Yaralar qaysaqlanır və yenidən sevmək olur. Sevib səhv edən insan sevgi hekayəsini bitirmir. Bir də cəhd göstərir. Deməli, o, sevmək-sevilmək istəyir. Kiməsə demədiyini sevdiyinə demək istəyir. Ona görə cəhd göstərir. Məhəbbəti, eşqi növbəti dəfə yaşayanda artıq qorxur. İnsanlar var ki, sevgidə həmişə yanırlar. Sevilməyi heç bacarmadım, bir ömür qədər... Sevməyi bacarırsan, özünü sevdirməyi bacarmırsan. Çox qurbanlar verirsən, qarşı tərəf fikirləşir ki, bu belə də lazım deyil".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər