"Avroviziya-2016" təmsilçisi Səmra Rəhimli "Söhbət var" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, verilişin aparıcısı Dilarə Əliyeva Səmra Rəhimlini çıxılmaz vəziyyətə salıb.
O, Səmra Rəhimlinin "Gözəllik salonu açmaq kimi bir düşüncəm hələ ki, yoxdur. Bilən bilməyən hər kəs bu işlə məşğuldur. "Makiyajımı çox vaxt özüm edirəm" - fikrinə "Bilinir", - deyə reaksiya göstərib.
Səmra Rəhimli isə aktrisaya "Professional makiyajı nadir hallarda edirəm, konsetlərdə, klip çəkilişlərində...", - deyə cavab verib.