13 May 2022 17:26
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Zülfiyyə Xanbabayeva "Avroviziya-2022" mahnı müsabiqəsində ölkəmizi "Fade to black” mahnısı ilə təmsil edən Nadir Rüstəmliyə dəstək olub.

Zülfiyyə Xanbabayeva Teleqraf.com-a açıqlamasında təmsilçimiz haqda bu sözləri deyib:

"Nadir Rüstəmlini dəstəkləyirəm. Eləcə də Azərbaycanı təmsil edən hər kəsi dəstəkləyirəm. Müsabiqəyə kim gedirsə-getsin, ən önəmlisi ölkəmizi layiqincə təmsil eləsin. Builki təmsilçimiz Nadir Rüstəmli Azərbaycanı layiqincə təmsil edir. Ona uğurlar arzu edirəm".

Xalq artisti "Nadir Rüstəmlinin ifasını müsabiqənin final mərhələsində neçənci yerdə görürsünüz?" sualına isə "Bu suala dəqiq cavab verə bilməyəcəm. Çünki müsabiqəni o qədər də izləmirəm. Əlbəttə ki, birinci yerə layiq görülməsini arzu edirəm", - deyə cavab verib.

Qeyd edək ki, Nadir Rüstəmli İtaliyanın Turin şəhərində baş tutan "Avroviziya-2022" mahnı müsabiqəsinin ikinci yarımfinalında çıxış edib və finala vəsiqə qazanıb. Müsabiqənin final mərhələsi mayın 14-də baş tutacaq.


Müəllif: Rəqsanə Həsənova