7 May 2014 19:09
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkar Pərviz Mahmudovdan xəbər var.

Sənətçi Teleqraf.com-a açıqlamasında bildirib ki, hazırda bir neçə müğənni üçün yeni mahnı bəstələyib.
Məlum olub ki, yaxın zamanlarda sözləri də P.Mahmudovun özünə məxsus olan “Bağlanıb ürək” adlı yeni mahnını Sevda Yahyayevanın ifasında dinləmək mümkün olacaq.

Bəstəkar digər mahnıların adlarını sirr saxlasa da, ifaçılarını açıqlayıb. Deyib ki, Röya ilə Nigar İbrahimli də onun yeni mahnılarını ifa edəcək.

P.Mahmudov söyləyib ki, Röyaya üç mahnı verib. Amma hələ ki, müğənni mahnıların adlarını açıqlamaq istəmir:

“Hələ ki, yeni mahnılarla bağlı ətraflı məlumat vermək istəmirik. Ancaq onu deyə bilərəm ki, hər üç mahnının sözlərini Nado və Azər Şirin yazıb. Mahnılar ritmikdir, dinləyənlərə əsl yay ab-havası bəxş edəcək”.

Aytən Həsənova


Müəllif: