7 May 2014 18:49
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 20 ildir ki, Türkiyədə yaşayıb, yaradıcılıqla məşğul olan aktrisa Məlahət Abbasova xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, sənətçi özünün Facebook profilndə xəstəxanada olarkən çəkilən şəklini payaşıb. Fotodan görünür ki, M.Abbasovaya sistem köçürülür.

“Mən nəzərə inanan adam deyiləm. Amma bunun əksini gördüm. Guya tədbir üçün Şəkiyə gedəcəkdim. Tədbir öncəsi “super” oldu”-deyə, aktrisa şəkilə şərh də yazıb.

Qeyd edək ki, M.Abbasova ümumilli lider Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar Şəkidə keçiriləcək möhtəşəm tədbirin aparıcısı olacaq. Mərasimdə həmçinin yerli şou-biznesin bir çox tanınmış simaları da iştirak edəcək.

Yeri gəlmişkən, İstanbul Bələdiyyə teatrının aktrisası və rejissoru olan M.Abbasova “Yeni Türkiyə dərgisi Əmək və başarı” mükafatına layiq görülüb. Onun səhnələşdirdiyi Elçin Əfəndiyevin “Şekspir” tamaşası “Ən yaxşı səhnə dekorasiyası” mükafatına layiq görülüb.

Aytən Həsənova


Müəllif: