23 May 2022 13:19
1 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktyoru, "Kurtlar Vadisi Pusu" serialında Yasin rolu ilə yadda qalmış Ertuğrul Şakar, “Eslem Film”in rəhbəri Metin Yücel və prodüser Yalçın Çoban Azərbaycana gəlib.

Teleqraf.com xəbər verir ki, aktyor Ertuğrul Şakar, Metin Yücel və Yalçın Çoban Bakıda qazilərimizlə görüşüblər.

İkinci Qarabağ müharibəsi qaziləri ilə bir araya gələn məşhurlar duyğusal anlar yaşayıblar.

Vətən müharibəsi iştirakçılarının şücaətini, qəhrəmanlığını və döyüş əzmini onların özlərindən eşidən Ertoğrul Şakar və Metin Yücel qaziləri dinlədikcə çox qururlanıblar. Onlar söhbət zamanı şəhid və qazilərə həsr olunan film ərsəyə gətirmək planlarından bəhs ediblər: “Bizim məqsədimiz şəhidlərimizin qanları qurumadan bu haqlı mübarizəni bütün dünyaya nümayiş etdirməkdir. Əgər qəbul edərsəniz, sizlərə olan borcumuzu bir film çəkməklə ödəmək istəyirik. Bilirik ki, sizin qəhrəmanlığınız, fədakarlığınız qarşısında bizim etdiklərimiz çox azdır”.

Qazilər Ertoğrul Şakar və Metin Yücelə çəkəcəkləri belə bir əhəmiyyətli filmlə tarixə önəmli əsər qoyduqları üçün təşəkkür ediblər. Onlar bildiriblər ki, qardaşlığımız heç bir zaman unudulmasın və hər zaman da davam etsin.

Məşhurlar bu gün şəhid ailəsinə də baş çəkəcəklər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər