26 May 2022 16:13
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Xoşqədəm Hidayətqızı onu məhkəməyə verən vəkil Bəhruz Bayramovla barışıb.

Teleqraf.com xəbər verir ki, iddiasını geri götürən Bəhruz Bayramov "Səni axtarıram" verilişinə gələrək Xoşqədəm Hidayətqızına gül hədiyyə edib.

Aparıcı isə ona belə reaksiya verib: "Bəhruz müəllim çiçəklərlə gəlib. Yəqingünahını bununla yumaq istəyir. Gələn dəfə gələndə Kəlbəcərdən maral çiçəyi gətirin".

Qeyd edək ki, Xoşqədəm Hidayətqızını istintaq sirrini yaymaqda ittiham edən vəkil Bəhruz Bayramovonun haqqında Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət işi qaldırılması iddiası ilə məhkəməyə müraciət edəcəyini bildirmişdi.


Müəllif: Rəqsanə Həsənova