1 İyun 2022 00:56
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Aytən Səfərova küsüb- barışdığı həmkarı Mətanət Əliverdiyevanın ATV kanalında haqqında "mükəmməldir" deməsinə reaksiya göstərib.

Teleqraf.com xəbər verir ki, Aytən Səfərova İnstaqramda bu sözləri yazıb: "Bu illər ərzində səninlə nə qədər küssək, barışsaq da xeyir-şərdə çiyin-çiyinə olduq, çörək kəsdik, yol yoldaşı olduq. Bu günə qədər də atalar demiş: "Ətimizi yesək də, sümüyümüzü yerə atmadıq".

Jurnalist qeyd edib ki, onların qarşısına sədd çəkənlər olub: "Jurnalistikada nə qədər cilddən-cildə girən, simadan-simaya dəyişən üzlərə rast gəldik. Öz yerlərini yaxşı etmək üçün başqalarını kabinetlərdə pisləyən üfunətli addımların qoxusunu burnumuzda hiss etdik. Bəzən yollarımızı dəyişmək məcburiyyətində qaldıq. Lakin eniş-yoxuşlu yollarda belə pis-yaxşı özümüz kimi qaldıq. Mediada özünü ziyalı təbəqəyə aid edən varlanmış bisavad meşşanların sayı çoxaldıqca, biz elə həmin fəhlə, müəllim qızları Aytən, Mətanət qaldıq. Bilik və təcrübəmizdən hürkənlər, "onlar filan yerdə işləyiblər, ehtiyyatlı olun birdən efirdə nəsə söyləyərlər", "filankəslər konfliktlidir, davalar qaçılmazdır" və s. deyərkən özününkülərdən baş ağrıları yaşadılar, vuruldular. Artıq oralarda uzaqdayıq. Bu gün rəğbəti başqalarının yazdıqlarını üzündən oxumaqla deyil, vaxtilə mediada dərs alarkən çəkdiyimiz əziyyət, ağladığımız günlər, poladtək "döyülərkən" bərkiyən zaman çəkdiyimiz maddi-mənəvi sıxıntılarla, min bir əziyyətlə qazanmışıq".


Müəllif: Rəqsanə Həsənova