1 İyun 2022 16:04
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova həmkarı Ayan Babakişiyevanın "İlqarə anasız böyüyüb" iddiasına ad çəkmədən cavab verib.

Teleqraf.com xəbər verir ki, Aygün Kazımova İnstaqram hesabında “Qızım” mahnısını paylaşaraq belə yazıb: “Qızım" mənə çox doğmadır və yaradıcılığımda xüsusi yeri olan əsərdir. Özəl olaraq yenidən sevənlərimin istəyi ilə səsləndirdim”.

Qeyd edək ki, Ayan Babakişiyeva "7 özəl" verilişində deyib: “Aygün Kazımovanın həyatda ən çox sevdiyi bir şey varsa, o da səhnədir, sənətidir. Mən onu sənət fədaisi bilirəm. Deyərdim ki, İlqarə birtərəfli anasız böyüyüb. Bəlkə səhv bilirəm, amma elə hiss edirəm, onu elə görürəm. Hər kəs bilir ki, Aygün Kazımovanı çox sevirəm".




Müəllif: Rəqsanə Həsənova