8 İyun 2022 17:38
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova Türkiyədə xəstəxanaların birində qaraciyərinin bir hissəsini qardaşı Kamran Kərimbəyova verən qohumu, müğənni Nərmin Kərimbəyovanın səhhətindən danışıb.

Brilliant Dadaşova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Nərmin Kərimbəyova ilə iki bacının nəvələriyik. Nərminin anası çox gözəl və savadlı həkimdir. Onun həyat yoldaşı da ürəyindən rəhmətə getdi. Malik də həkim idi. Mən nə zaman özümü pis hiss edirdim, Maliklə məsləhətləşirdim. Hamımıza şəfa verən ər-arvad idilər.

Nərminin anası uşaqları bu vəziyyətdən çıxaracaq. Hər ikisi hazırda xəstəxanadadırlar. Mənə bu haqda danışmaq çox çətindir".

Qeyd edək ki, Nərmin Kərimbəyovanın qardaşı “Hepatit B” xəstəliyindən əziyyət çəkir. Qanı aşağı düşdüyünə görə reanimasiya şöbəsinə yerləşdirilən Nərmin Kərimbəyova isə hazırda palataya köçürülüb.


Müəllif: Rəqsanə Həsənova