10 İyun 2022 16:31
1 761
12 Punto 14 Punto 16 Punto 18 Punto

AzTV-də yayımlanan Səkkizinci Televiziya Muğam Müsabiqəsində münsif heyətində yer alan xalq artisti Mələkxanım Əyyubova yazıçı Seyran Səxavətin haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Mələkxanım Əyyubova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Bura müsabiqədir və hər şey ola bilər. Mən hər kəsin danışığına cavab vermək məcburiyyətində deyiləm".

Qeyd edək ki, Seyran Səxavət Moderator.az-a açıqlamasında Mələkxanım Əyyubova haqqında irad bildirib: "Gənc balamız Sabir Ağayev "Ovşarı” muğamı oxundu. Bu, böyük bir riskdir. Mələkxanım, xahiş edirəm, uşağı “sındırmaq” olmaz. Bu muğam yarışmasıdır, deklamasiya, şeir yarışması deyil. Onu elə yumşaq demək olar, o uşağın “Ovşarı” muğamını yumşaq oxuduğu kimi. Sən onu niyə “sındırırsan?” Uşaqla ehtiyatlı ol, uşaq Allahın çox istədiyi, sevdiyi bəndəsidir. Ən azı ona görə ki, Allahın ən çox sevdiyi bir məxluq olan uşağa qarşı ehtiyatlı, diqqətli ol, Mələkxanım Əyyubova!".


Müəllif: Rəqsanə Həsənova