13 İyun 2022 16:36
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar arist Nailə İslamzadə ARB televiziyasında yayımlanan "O üz" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Nailə İslamzadə öz xarakterindən danışıb: "Güclü deyiləm, ağlamaq istəyəndə ağlayıram. Amma öz ağırlığımı başqalarının üzərinə atmaq istəmirəm. Hərənin öz dərdi var. Mən də onların öhdəsindən çox gözəl gəlirəm. Çünki Allaha inanıram. Həyatda çox ağır imtahamlarım olub. Bəzən elə olub ki, Moskvada xəstəxanada ancaq Allahla danışmışam. Həkimlər mənə deyirdilər ki, belə olmaz. Mən deyirdim ki, belə olmalıdır. Həkimlərlə mübarizə apararaq öz sözümü yeritdim. Axırda da Allah məni mükafatlandırdı".

Nailə İslamzadə pandemiyaya görə anasını son nəfəsinə çata bilmədiyini açıqlayıb: "Yollar bağlı idi. Bir gün sonra səhər mənə zəng vurub dedilər ki, ananın vəziyyəti ağırdır, artıq gəlməlisən. Bakıdan Balakənə çatana qədər anam rəhmətə getdi".

AzTV-də on il "Ailələr, talelər" verilişinin aparıcısı olan Nailə İslamzadə televiziyadan getmək səbəbini də bildirib: "Ərizəmi yazıb çıxdım. O vaxt mənə paxıllıq edən insanları bağışlamışdım, indi hamısının mənimlə münasibəti yaxşıdır. Arxadan danışırlar. Arxandan danışırlarsa, deməli, sən onlardan irəlidəsən. Sadəcə olaraq onlarla görüşmürəm. Görüşəndən-görüşənə qədər də nəsə deyiblər. Üzlərinə vurmuram. Səni geri çəkmək istəyənlərə cavabını özünün daha yaxşı işlərinlə verməlisən".


Müəllif: Rəqsanə Həsənova