16 İyun 2022 12:28
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan ARB televiziyasında yayımlanan "Həmin Zaur" verilişində müğənni Şəbnəm Tovuzluya cavab verib.

Teleqraf.com-un xəbərinə görə, Röya Ayxan Zaur Kamalın "Bir nəfər deyir ki, 20 min verib onu ad günümə gətirərəm. Dedim ki, o, gəlməz" sözlərinə cavabda deyib:

"Öncə onu deyim ki, bəzi məclislər olub ki, o pulu iki dəfə artırıblar, getməmişəm. Bəzi məclislər də olub, pulsuz getmişəm. Əgər bu xanım sənət aləmində varsa və onu tanıyıramsa, niyə də pulsuz təbrik etməyə getməyim?! Ad günü elə bir şeydir ki, gərək insanların arzusu yerinə yetsin.

Bəzi yerlərdə sənət dostlarım pul da veriblər, brilliant üzük də taxıblar. Demək istəyirəm ki, hər şeyi nə pula, nə başqa şeyə bağlayaq. Ola bilər, gedərəm, yaxud əksinə... Pulsuz yerə söz verdiyim üçün gedərəm, nəinki pul aldığım yerə..."

Qeyd edək ki, Şəbnəm Tovuzlu yaxın günlərdə "İstəsəm Röya Ayxana 20 min verib, doğum günümə çağıraram", - deyə vurğulamışdı.




Müəllif: Rəqsanə Həsənova