20 İyun 2022 13:52
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova "Şourum" verilişində Türkiyədə xəstəxanaların birində
qaraciyərinin bir hissəsini qardaşı Kamran Kərimbəyova verən qohumu, müğənni Nərmin Kərimbəyovadan danışıb.


Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova ifaçının qardaşının 12 yaşından xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb: "Atası Malik də bu problemə görə qəflətən ürəktutmasından dünyasını dəyişdi. Biz həmişə problemlərimizi gizlətmişik. Elə oldu ki, Nərmin bunu gizlədə bilmədi. Gizlətməli bir şey qalmadı".

Brilliant Dadaşova sənətdə Nərmin Kərimbəyovaya dəstək olmadığını deyib: "Yaxşı müğənniyə dəstək? O mənə desəydi ki, hansısa verilişə çıxaq, məmuniyyətlə çıxaram. Bir-iki verilişə çıxmışıq. Özümüz zəng etmişik ki, Nərmin də verilişə gəlsin, ailəmiz olanda... Amma düşünürəm ki, Nərminin buna ehtiyacı yoxdu. Çünki onun öz dəst-xətti var.

Nərmin balaca vaxtından oxuyur, sadəcə universiteti bitirdi, ailə qurdu. Mən inanmırdım ki, səhnəyə çıxsın. Amma nə yaxşı ki, səhnəyə çıxdı".

Qeyd edək ki, Nərmin Kərimbəyovanın qardaşı “Hepatit B” xəstəliyindən əziyyət çəkir.




Müəllif: Rəqsanə Həsənova