20 İyun 2022 17:37
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhşur kikboksçu, "Mauqli" ləqəbli Zabit Səmədov iyulun 2-də Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutan kikboksinq turnirində iştirak etməsi haqda yayılan xəbərə münasibət bildirib.

Zabit Səmədov Teleqraf.com-a eksklüziv açıqlamasında “QARABAĞ - zəfər gecəsi” adlı tədbirdə iştirak etməyəcəyini vurğulayıb: "Turnirlə heç bir əlaqəm yoxdur. Mənim öz yarışım sentyabrın 10-da olacaq".

Qeyd edək ki, kikboksçu Zabit Səmədovun türkiyəli aktyor Burak Özçivit iyulun 2-də ölkəmizdə təşkil olunacaq kikboksinq turnirində müşayiət edəcəyi haqda xəbər yayılıb.


Müəllif: Rəqsanə Həsənova