21 İyun 2022 14:30
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mehriban Xanlarova ARB televiziyasında mərhum xalq artisti Siyavuş Aslan və xanımı Ofeliya Aslanın ailəsinin dağılmasından danışıb.

Teleqraf.com xəbər verir ki, Mehriban Xanlarova aparıcının "Nə üçün onların ailəsi alınmadı?" sualına cavabda deyib:

"İstəməyənlər, bilə-bilə arada söz gəzdirən və çatdıranlar var idi. Bəlkə də səhv bilirəm, amma qulaq şahidi olmuşam. Yalandan Ofeliya xanıma deyirdilər ki, Siyavuş sənə xəyanət edir, biri də yox, on qadını var. Allah Ofeliya xanıma rəhmət eləsin, gərək onlara inanmazdı. Bəzən elə bir söz olur ki, onu bağışlamırsan".


Müəllif: Rəqsanə Həsənova