22 İyun 2022 00:04
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı gənc ifaçı Urfan Cəfərov Amerikada müsabiqədə qalib olub.

Teleqraf.com xəbər verir ki, Urfan Cəfərov Nyu-York şəhərində "American Protege Vocal Competition 2022" Beynəlxalq Opera ifaçılarının Vokal Müsabiqəsində 21 ölkə iştirakçısı arasından birinci yerin qalibi olub.

Urfan Cəfərov ABŞ-ın müxtəlif ştatları, Ermənistan, Avstriya, Bosniya və Herseqovina, Kanada, Çin, Danimarka, Honq-Konq, Hindistan, İndoneziya, İran, Yaponiya, Litva, Malayziya, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, Şri-Lanka, Tayland və Birləşmiş Ərəb Əmirliklərindən yüksək səviyyəli ifaçılar arasından şəffaf və ciddi rəqabət şəraitində qalibiyyəti qazanıb. Bununla da o, "Carnegie Hall"da keçiriləcək çox nüfuzlu vokalçıların müsabiqəsinin final mərhələsinə birbaşa vəsiqə qazanıb.

Qeyd edək ki, Urfan Cəfərov xalq artisti Xuraman Qasımovanın tələbəsidir.


Müəllif: Teleqraf.com