22 İyun 2022 15:02
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gecə barmağımın ağırısından yata bilmirdim, sınıqçıya getdim. Barmağım çıxıb, yerinə su yığılmışdı. Bir saat sınıqçı üzərində çalışıb".

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Aqşin Fateh ARB televiziyasında yayımlanan "Həmin Zaur" verilişində deyib.

O, restoranda davada əlinin sındığını etiraf edib: "Yaxın günlərdə restoranımda ara qarışdı, dava düşdü. Mən dava etməmişəm, aralayanda bu hadisə baş verdi. Dostlarım başqa adamlarla dava etmişdi. Heç kimi vurmamışam. Axı, qonağımı vurmaram".

Qeyd edək ki, Aqşin Fatehin üç restoranı var. İfaçının yaxın günlərdə restoranının şəriki Füzuli Alıyev arasında davası da olmuşdu. Hadisəyə hüquq-mühafizə orqanları qarışmışdı.



Müəllif: Rəqsanə Həsənova