23 İyun 2022 00:52
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Sevinc Əliyeva çəkiliş zamanı zədə alan rəfiqəsi Zümrüd Qasımova ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Sevinc Əliyeva İnstaqramda aktrisanın fotolarını paylaşaraq bu sözləri yazıb:

"Deyirlər ki, çəkilişdə hər şey ola bilər, amma kaş olmamaydı. "Simurq" serialının çəkilişi zamanı aktrisa və yaxın rəfiqəm Zümrüd Qasımova səhnədə oynayarkən əlini sındırdı. Necə üzüldüyümü və nələr yaşadığımı desəm az olar.

O an nə çəkiliş, nə də digər məsələlər önəmli olmur, əsas insanın sağlamlığıdır. Bunu bir prodüser və yaxın rəfiqə olaraq yaşadım. Bəxtimizdən xəstəxanada çəkiliş aparırdıq..."


Müəllif: Rəqsanə Həsənova