25 İyun 2022 00:30
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Space TV Hər Səhər” verilişinin aparıcısı Fariz İlyas “Şirin-şəkər” adlı yeni mahnısına çəkilən klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, mahnının musiqi və sözləri “Yap10” şirkətinə aiddir. Çəhrayı dekor fonunda lentə alınan ekran işinin rejissoru İsmayıl İsmayılovdur. Müğənniliyə başlayan aparıcı bildirib ki, klipin yayın əvvəlində təqdim olunması təsadüf deyil, oynaq ritmlərdə yazılan mahnı mövsümün enerjili ruhunu özündə daşıya bilib.

“Bu “konfet mahnını” və onun şirin-şəkər ruhunu rəngarəng görüntülərlə əks etdirən klipini əl-ələ verib ərsəyə gətirən möhtəşəm komandaya sonsuz təşəkkürlər” , - F.İlyas qeyd edib.


Müəllif: Teleqraf.com