25 İyun 2022 20:23
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri MTV Azərbaycan kananlında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Nura Suri stilistlərin efirdə müğənnilərin geyim tərzini pisləməsini tənqid edib: "Bu adamın stilistlə işləməsinə imkanı yoxdur, stilistlə işləsin, pul xərcləsin və sair. Bəlkə işlədiyi mağazada başqa paltar yoxdu, onu seçib geyinib. İnsanlar bu kimi halları düşünmürlər. Bunun üçün müğənni şirkətlə işləməlidir. Günü-gündən etibar etdiyimiz insanların
sayı azaldığına görə bilmirsən yanında çalışan adam öz xeyrini güdür, ya da kiminsə sifarişini həyata keçirir ki, səni daha da pis hala salsın. Bu etibarsızlıq yaxşı yerə çıxarmır".

Nura Suri bayağı musiqinin tüğyan etməsindən də danışıb: "Efirlər boş qaldı və televiziyanı doldurmağa başladılar bayağı adlandırdıqları insanlarla, müğənnilərlə. O musiqiləri efirə gətirdilər. Belə mahnılar əvvələr də olub. Pul xərclənməyən mahnıları 200-300 manata aranjeman edib, toy mərasimlərində oxuyurlar, beləliklə, restoran ifaçıları səhnəyə gəldilər. Özlərinə bir kütlə toplaya bildilər. Bununla da söz-söhbət başladı, bəzi müğənnilər incidilər.

Sənət adamları tez inciyirlər, düşündülər ki, sevilmirlər. Bu gün mənə tələbat yoxdursa, deməli, nələrisə düz etməmişəm. Əmək sərf etsəydim, həyatımın mənası sənət olsaydı, 2004-cü ildən sənətdəyəm, hələ böyük bir konsert zalında konsertim olmayıb. Üç övladım var. Elə bilirsiniz ki, asandır?!".

İfaçı dünya ulduzu Şakiranın həyat yoldaşı, futbolçu Jerar Pikenin xəyanətini bağışlamamasına da münasibət bildirib: "Şakira bağışlamadı. Niyə, bilmirəm. Amma o cür kişidən boşanmazdım. Bir dəfə xəyanət edib, keç...Yazıqdır..."















Müəllif: Rəqsanə Həsənova