25 İyun 2022 16:22
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə MTV Azərbaycan kanalında etiraflar edib.

Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə xəyanətdən danışıb: "Hansı nəsildə kişi var ki, heç vaxt xəyanət etməyib?! Bu mümkün deyil. Xəyanətkar gəlib demir ki, xəyanət etdim... Xəyanət dünən də, bu gün də, sabah da olacaq. Bunu istəsək də, istəməsək də. Bəlkə də cavanlıqda nəsə etmişəm. Amma onu həyat yoldaşım bilib. Bu isə evliliyə qədər olub.

Evliliyə qədər olan münasibət isə xəyanət sayılmır. Demirəm ki, bundan sonra nə vaxtsa xəyanət etməyəcəm. İnsanıq, şeytan insanı yoldan çıxarır".

Qeyd edək ki, Nadir Qafarzadə Sevinc xanımla evlidir. Cütlüyün iki oğlu var.






Müəllif: Rəqsanə Həsənova